Gündəm

Göygöldə ət və süd istehsalında ötən ilə nisbətən artım olub

Göygöl rayonunda ət və süd istehsalında ötən ilə nisbətən artım qeydə alınıb.

Bu barədə “Report”un Qərb bürosuna Göygöl rayon Statistika İdarəsindən bildirilib.

Quş əti də daxil olmaqla diri çəkidə 2 674,0 ton ət, 19 697,0 ton süd istehsal olunub.

Qeyd edək ki, 2023-cü ilin müvafiq dövrünə nisbətən diri çəkidə ət istehsalı 0,6 faiz, süd istehsalı 1,2 faiz artıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button