Gündəm

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” şöbəsində Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kolleclə birgə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir təşkil edilib.

Tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, QHT-lər, müxtəlif idarə və müəssisələrin nümayəndələri, eləcə də həssas əhali qruplarından olan şəxslərin valideynləri iştirak ediblər.
Qonaqlar əvvəlcə filialın fəaliyyəti ilə tanış olublar, onlara təlim istiqamətləri və həssas əhali qruplarından olan şəxslərin hazırladıqları əl işləri barədə məlumat verilib.
Tədbir Qarabağ Regional DOST Mərkəzinin akt zalında davam etdirilib. Çıxışlarda “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyəti, qanunçuluğun qorunması və vətəndaş məsuliyyəti mövzularına toxunulub, həmçinin həssas əhali qruplarından olan şəxslərin cəmiyyətə inteqrasiyasının vacibliyi vurğulanıb.
Tədbir Gəncə Dövlət Regional Kollecinin Mədəniyyət və incəsənət şöbəsinin müəllim və tələbə heyəti, eləcə də Qarabağ “DOST Evi” şöbəsinin benefisiarlarının təqdimatında konsert proqramı ilə yekunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button