Dünya

İran Böhran Mərkəzi yaratdı: İsrailə onlarla raket atıldı

ABŞ və İsrailin hücumları ilə bağlı İranda Böhran Mərkəzi formalaşdırılıb.

Musavat.com xəbər verir ki, məlumatı İran Xarici İşlər Nazirliyi yayıb.

İranın xəbər agentlikləri İsrailə tərəf onlarla raket buraxıldığına dair məlumat verir.

İsrail ordusu Təl-Əviv və ölkənin şimalına doğru hərəkət edən raketlərin vurulduğunu açıqlayıb.

SEPAH-ın yaydığı açıqlamada İsrailə dağıdıcı zərbələrin başlandığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button