Xəbərlər

İlham Əliyev bu əsasnaməni təsdiqlədi

“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə təsdiqlənib.

Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Məqsəd qida təhlükəsizliyi sahəsində şəffaflığı və hesabatlılığı, idarəetmə sisteminin təkmilləşdirilməsini, dövlət nəzarətinin gücləndirilməsini və görülən işlərin səmərəliliyinin artırılmasını təmin etməkdir.

Fərmanla Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sistemin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button