Xəbərlər

İlham Əliyev MÜHÜM FƏRMAN imzaladı

Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısına dəyişiklik edilib.

Musavat.com-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmanla audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısına aşağıdakı qurumlar əlavə edilib:

– “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Naxçıvan TV” televiziya yayımçısı;

– “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Naxçıvan Radiosu” radio yayımçısı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button