İctimai fəal Vaqif Məhəmməd oğlu yazır:

Hörmətli Həmvətənlər və Dostlar !
2024-cü il fevral ayının 7-də növbədənkənar prezident seçkisində aktiv olmalıyıq. Bildiyimiz kimi uzun illərdən sonra Azərbaycanda ilk dəfə bütün ölkə üzrə prezident seçkiləri 2024 -cü ilin fevralında keçiriləcək. Ərazilərimizin işğaldan azad olunmasından sonra ilk seçki olacaq. Əslində bu seçkini biz bayram olaraq qeyd etməliyik və eyni zamanda əvvəlki seçkilərdən daha fərqli keçməsini arzulayırıq. Əvvəlki prezident seçkisində yaşadığım Bərdə rayonu üzrə – 60 % faiz səs vermə var idisə, indi 100 % faiz etməliyik. Çünki, biz indi qalib ölkəyik və rayonumuzun sakinləri Dövlətciliyə nə qədər bağlı olduğunu bir daha sübut etməliyik. Hörmətli həmvətənlər, dostlar seçkidə çox aktiv olmalıyıq, dostlarımızı tanışlarımızı yaşadığımız kənd və yaxud şəhərin sakinləri arasında aktiv maarifləndirmə işləri aparılmalıdır,seçkidə hamı bir nəfər kimi konstitusiya borcunu yerinə yetirməli, qoy rayonlar arasında seçki aktivliyi üzrə ön sırada Bərdəmiz olsun.
İndidən səsim də dəstəyim də İlham Əliyevədir. Hər zaman olduğu kimi… Dünən də, bu gün də, sabah da sizinləyik və sizinlə olacayıq. Biz demokratik ölkədə yaşayırıq,hər kəsin seçkilərdə iştirak etmək konstitusyon hüququdur.
Cənab Prezidentimiz İlham Əliyev Prezident olduğu gündən bu günə kimi Azərbaycan xalqına nə vədlər verdisə hər birini yerinə yetirdi. Eşq olsun sizə cənab Prezidentimiz!





