“Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsində QHT-lərin rolu” mövzusunda dəyirmi masa müzakirələri təşkil edilmişdir.

Azərbaycan Milli QHT Forumunun konfrans zalında “Vətəndaşların Sosial Rifah Naminə” İctimai Birliyinin təşəbbüsü ilə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsində QHT-lərin rolu” mövzusunda dəyirmi masa müzakirələri təşkil edilmişdir. “Vətəndaşların Sosial Rifah Naminə” İctimai Birliyinin sədri İradə Rizazadənin moderatorluğu ilə baş tutan tədbir zamanı QHT-lərin “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nın həyata keçirilməsində rolu və bu sahədə beynəlxalq təşkilatlarla əlaqələrin qurulması, Qərbi Azərbaycan mövzusunda QHT-lərin fəaliyyəti, 2024-cü ildə bu mövzu üzrə həyata keçirilən layihələr və əldə olunan nəticələr, eyni zamanda 2025-ci ildə görüləcək işlər barədə geniş müzakirələr aparılmışdır. Tədbir zamanı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri Nurəddin Mehdiyev və Zaur İbrahimli, Agentliyin Layihələrin İdarəedilməsi Departamentinin rəhbəri Elnur Bağırlı, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli, eləcə də QHT nümayəndələri çıxış edərək konkret təkliflər irəli sürmüşlər. Qərbi Azərbaycana qayıdış istiqamətində təbliğat və maarifləndirmə prosesinin həyata keçirilməsində QHT-lərin fəaliyyətinin koordinasiyanın vacibliyi xüsusi qeyd olunmuşdur. Tədbir zamanı paralel olaraq foyedə hər bir təşkilat Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qərbi Azərbaycan tematikası üzrə icra etdikləri layihə çərçivəsində çap olunan nəşrləri, fotoalbomları, video filmlərdən ibarət diskləri nümayiş etdirmişlər.














