Siyasət

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi İSBAM sədri Samir Adigözəlli

Hörmətli həmkarlar,
İmkan yarandığı qədər özbək QHT-lərinin ölkəmizə səfərlərini izləyirəm.
Qonaqlar 26 noyabrdan ölkəmizdədir.
Füzulidəki forum bitdikdən sonra da Bakıya qayıdıblar, dünən QHT Agentliyində memorandum imzalayıblar. Amma bu gün – səfərdən 3 gün keçəndən sonra yadlarına düşüb ki, qonaqları Fəxri və Şəhidlər xiyabanlarına aparsınlar.
Ödənişli trollar üzərimə düşsə də bunu deməyiləm, vallah ayıbdır.
Heç olmasa bilmirsinizsə, digər qurumların praktikasına diqqət yetirin. Fəxri və Şəhidlər xiyabanları gəzinti yeri deyil, ora ziyarət elə qonaqların Bakıda olduğu ilk günlərdə olmalı idi. Başqa vaxt QHT-lərin yemək menyusuna qədər incələyib büdcələrini kəsən Agentlik, heç olmasa belə sadə protokol qaydalarına diqqət yetirməli idi.
Dünən memorandum imzalanmamışdan öncə gedə bilərdilər.
Bir məsələni də qeyd edim, yəqin vicdanlı həmkarlar razılaşar.
Agentlik Türkiyə ilə də eyni məzmunlu forum keçirmişdi. Söz verdilər ki, Azərbaycan və Türkiyə QHT-lərinin birgə layihələri dəstəklənəcək və s. İndi də özbəklərlə də eyni mesaj verildi.
Bu söz vermələrlə, görüntü yaratmaqla hara gedirik?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button