Xəbərlər

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyevlə görüşüb

Gənclər və İdman naziri Fərid Qayıbovun müvafiq əmri ilə Elvin Quliyev Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Bununla əlaqədar olaraq Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Elvin Quliyevi qəbul edərək görüş keçirib.Görüş zamanı Daşkəsən rayonunda gənclər və idman sahəsində həyata keçirilən tədbirlərdən söz açılıb və qarşıda duran vəzifələr müzakirə olunub.İcra başçısı Orxan Abbasov Elvin Quliyevə məsul və şərəfli fəaliyyətində uğurlar arzulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button