Xəbərlər

Hövsan qəsəbəsinin bəzi küçələrində işıq olmayacaq

Bu gün Bakının Suraxanı rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.

“İki sahil” xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Qeyd edilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində oktyabrın 24-də təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 16:00-dək Hövsan qəsəbəsi Elman Qasımov, Elçin Məmmədov, Oqtay Şabanov, Cəbrayıl Xanməmmədov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button