Gündəm

Hökumətin hesabatı Milli Məclisə daxil oldu

Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabat Milli Məclisə daxil olub.

Məlumata görə, hesabatı Baş nazir Əli Əsədov təqdim edəcək.

Hesabatın gələn həftə ərzində keçiriləcək qanunverici orqanın plenar iclasında təqdim edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, hesabatda hökumətin ötən il gördüyü işlər, Nazirlər Kabinetinin fəaliyyəti yer alır.

Xatırladaq ki, “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanununun 1-ci maddəsinə uyğun olaraq Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında fəaliyyətləri barədə hesabat verir.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button