Dünya

“Hizbullah” İsrailin dərinliklərinə zərbələr endirə bilər

Livanın “Hizbullah” hərəkatı Beyruta edilən hücuma cavab olaraq təkcə hərbi hədəfləri seçməyərək, İsrail ərazisinin dərinliklərinə zərbələr endirə bilər.

Bu fikri İranın BMT-dəki daimi nümayəndəliyinin əməkdaşı “CBS” televiziyasına şərhində bildirib.

Onun sözlərinə görə, indiyə qədər hərbi əməliyyatlarla bağlı “Hizbullah” ilə İsrail arasında yazılmamış anlaşma var idi:

“Bu o demək idi ki, onlar sərhəd bölgələrində, ölkənin dərinliklərində olmayan ərazilərə, əsasən hərbi hədəflərə qarşı addımlar atırdılar. Bununla belə, İsrailin Dahiya bölgəsindəki yaşayış binasını bombalaması bu razılaşmanın üzərindən xətt çəkib. Biz gözləyirik ki, “Hizbullah” yalnız hərbi hədəflər və üsullarla məhdudlaşmayaraq, daha uzaq məsafələrdəki geniş çeşidli hədəfləri seçərək cavab verəcək”.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button