Gündəm

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsa oğlu İsayev 8 Noyabr – Zəfər Bayramı münasibətilə keçirilən tədbirdə çıxış edib.

Tədbirdə çıxış edən Vidadi İsa oğlu İsayev Qərbi Azərbaycan mövzusuna toxunaraq bildirib ki, “Qərbi Azərbaycana qayıdışımız uzaqda deyil, yaxındadır, az qalıb. Müzəffər Ali Baş Komandanın qətiyyətli addımları və müdrik siyasəti sayəsində biz mütləq o torpaqlara dönəcəyik.”Qeyd edək ki, İsayev Vidadi İsa oğlu 18 aprel 1959-cu ildə Dərələyəz mahalında anadan olub. O, Qərbi Azərbaycan mövzusuna həsr olunmuş “Hardan gəlir bu köç?” adlı kitabın müəllifidir.

Vaqif Məhəmməd oğlu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button