Həmyerlimiz Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının Ədliyyə naziri təyin edilib.

Gəlin Elimizin qüruru, əslən Qərbi Azərbaycanın Qarakilsə (Sisian) bölgəsindən olan, Fərid Turab Oğlu Əhmədovu təbrik edək .
Qərbi Azərbaycan elinin Ziyalısı Görkəmli Alim Turab Müəllimin oğlunun bu vəzifəyə Təyin edilməsi,Münasibətilə bütün elillərimiz adından təbrik edirik. Düşünürəm ki, bu uğurlu və doğru təyinatdır.Çünki Fərid Əhmədov idarəçilik sistemində təcrübəsi olan və işlədiyi sahələrdə problem yaratmayan, peşəkar bir məmur kimi özünü təsdiq edib. Ümidvaram ki, F.Əhmədov kifayət qədər məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gələcək və cənab prezidentin ona göstərmiş olduğu etimadı doğruldacaq. Ədliyyə Nazirliyində sağlam, mənəvi, şərait yaradacaq ki, hər kəs bir məmur olaraq ondan, həm də dövlətimizdən razı qalsın. Bu təyinat münasibəti ilə F.Əhmədovu təbrik edirəm.
İctimai fəal: Vaqif Məhəmməd oğlu
Qərbi Azərbaycan az.tv
