Cəmiyyət
Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəbdə 21 fevral Beynəlxalq Ana dili gününə həsr olunmuş tədbir keçirilib

Bu gün məktəbimizdə 21 fevral Beynəlxalq Ana dili günü münasibətilə tədbir keçirildi.
Tədbirdə şagirdlər Azərbaycan dilinin tarixi, keçdiyi inkişaf yolu, dilimizin zənginliyi, dilimizə dövlətimiz tərəfindən göstərilən qayğı haqqında çıxış etdilər.
Həmçinin şagirdlər ana dilimizə həsr edilən şeirlər, kəlamlar, mahnılar söyləyib, doğma dilimizə sevgi hisslərinin əks olunduğu ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, hazırladıqları referatları təqdim ediblər.
EduAz #QarabağRTİ
Anadilim #21Fevral








