Bugün Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəbdə Milli Qəhrəman Alı Mustafayevin doğum günü qeyd olundu

14 aprel tarixində məktəbimizdə Milli Qəhrəman Alı Mustafayevin doğum günü ilə bağlı tədbir keçirildi. Telejurnalist, publisist, şair, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayev 1952-ci il aprelin 14-ündə dünyaya gəlib.
Tədbirdə 1991-ci ildə fəaliyyətinə görə “İlin ən yaxşı jurnalisti” mükafatına layiq görülən ,elə həmin il noyabrın 20-də Dağlıq Qarabağın Qarakənd kəndi yaxınlığında sülhməramlı nümayəndələri aparan vertolyotun vurulması nəticəsində şəhid olan Alı Mustafayevin keçdiyi şərəfli ömür yolu, qəhrəmanlığı haqqında danışıldı, onun incə ruhla yazdığı şerlər ifa olundu. Qeyd edək ki məktəbimiz qürurla Alı Mustafayevin adını daşıyır.
Alı Mustafayevin timsalında Vətən uğurunda şəhid olan bütün qəhrəmanlarımıza Allahdan rəhmət diləyirik!
EduAz #QarabağRTİ #MÜTDA #Şəhid






