
Qerbiazerbaycanaz.tv media xəbər verir ki, Masallı rayon Yeni Zuvand və Lerik rayon Günəşli kənd tam orta məktəblərində “Narkomaniya və Erkən nikahlara yox deyək!” mövzusunda maarifləndirici görüşlər keçirilib.Çıxış edən polis əməkdaşları və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri vurğulayıblar ki, gəncləri zərərli vərdişlərdən qorumaq cəmiyyətin birgə məsuliyyətidir.❗Narkotik vasitələrə meyl çox vaxt maraq və təsadüfi təsirlərlə başlasa da, sonradan ağır asılılığa və ciddi hüquqi nəticələrə səbəb olur. ❗Erkən nikah fərdin təhsil və inkişaf imkanlarının məhdudlaşmasına, sosial yetkinliyinə çatmadan ailə məsuliyyəti ilə üz-üzə qalmasına və digər neqativ hallarla üzləşməsinə gətirib çıxarır.Sonda məktəblilərin sualları cavablandırılıb, onlara tövsiyyələr verilib.


