GündəmXəbərlər

Gənc iş adamının şirkəti milyonluq tenderin qalibi olub

Qerbiazerbaycanaz.tv Aran Media-ya istinadən xəbər verir ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin Bakı şəhərində park və həyətlərdə abadlıq və yenidənqurma işlərinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı keçirdiyi tenderin qalibi məlum olub.Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumata görə, tenderin qalibi “Az.Arxitektura” MMC seçilib və qalib şirkətlə 3 milyon 16 min 99 manat məbləğində müqavilə imzalanıb.Məlumatlara əsasən, şirkət 23 oktyabr 2019-cu ildə yaradılıb və nizamnamə kapitalı 5 min 10 manatdır. Şirkətin qanuni təmsilçisi Yunis Şükürlü Sahib oğludur.Açıq mənbələrdə yer alan məlumatlara görə, Yunis Şükürlü Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının sədri Sahib Yunis oğlu Şükürovun oğludur. Bildirilir ki, şirkət son illərdə dövlət qurumlarının keçirdiyi tenderlərdə ümumilikdə təxminən 10 milyon manata yaxın sifariş qazanıb.

Qerbiazerbaycanaz.tv olaraq məsələ ilə bağlı qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazır olduğumuzu bildiririk.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button