Mədəniyyət

Fərqanə Qasımova: “Ağlı olan konsert verər?”

“Ağlı olan konsert verər?”

Bu sözləri “10-da görüşək” proqramına qonaq olan muğam ifaçısı, əməkdar artist Fərqanə Qasımova deyib.

O, verilişdə solo konsertlərindən danışıb.

“Konsert vermək o qədər məsuliyyətli bir işdir. Bu gün verilişə gələndə avtomobildə konsertimdən olan hissələrə baxıb, qulaq asırdım. Konsertdə keçirdiyim həyəcanı avtomobildə yenidən yaşadım. Özüm-özümə dedim ki, ağlı olan konsert verər? Bu nə çətin bir işdir? Konsertdən bir ay əvvəl və bir ay sonra insan özünə gələ bilmir. Yuxu qaçır, hal gedir”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button