Cəmiyyət

Əslən Dərələyəzin Arınc kəndindən olan Milli Qəhrəmanımız Orucov Vəzir Surxay oğlu.

Azərbaycanın Əfsanəvi Qəhrəmanı Şəhid Orucov Vəzir Surxay oğlu haqqında.
26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. 1949-cu ildə atası Surxay ailəsi ilə birgə Dərələyəz mahalından deportasiya olunmuşdu.
Orta təhsilini Xoruzlu kənd orta məktəbində almış, 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuşdu. 1975-ci ildə hərbi xidmətə çağrılmış, 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış orta ixtisas təhsilini davam etdirmişdir. 1984-cü ildə Orucov Rusiyanın Arxangelsk vilayətinin Belkovo şəhərinə köçmüşdü.
1992-ci ildə Xocalı soyqırımını eşidib, Azərbaycana qayıdaraq may ayının 4-də Tərtər özünümüdafiə batalyonuna daxil olmuşdu.[2] Orucov sıravi döyüşçü kimi mübarizəyə başlasa da komandirlik bacarığına görə qısa zamanda batalyon komandirinin müavini vəzifəsinə qədər yüksəlmişdi. O, gəldiyi gün Tərtər şəhərinə getmək adı ilə evdən çıxır.
Şıxarx istiqamətində qarşısına çıxan bir nəfər yaralı polis əməkdaşının silahını götürüb, heç kimə heç nə demədən Ağdərə uğrunda gedən döyüşə qatılır.
Həmin axşam bir diri erməni əsgərini və silahını götürüb, geri qayıdır. Əsiri yerli özünümüdafiə batalyonunun qərargahına təhvil verir, əmanət olan avtomatı isə, söz verdiyi kimi, sahibinə qaytarır. Oradan isə birbaş evlərinə gəlir və anasına deyir ki, daha onun yolunu gözləməsin.

1992-ci ilin avqust ayında, Orucov Sərsəng su anbarında kəşfiyyatda olmuşdur.Onun ətrafında 30 nəfər PK pulemyotu ilə silahlanmış kəşfiyyatçı var idi. Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun batalyonu öndən, Orucovun isə kəşfiyyat qrupu ilə düşmənin arxasından hərəkətə keçmişdi. Ermənistanın “Arabo” batalyonu həmin gün böyük itkilər vermiş və bu uğurlu əməliyyatın nəticəsində “Arabo” batalyonunun qırılmasına görə Ermənistan 3 gün matəm elan etmişdi.
22 mart 1993-cü ildə Ağdərənin Qlobus yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına həlak olmuşdur.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Ailəli idi, Camal adlı oğlu var.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Onlar Vətən uğrunda Şəhid oldular. Şəhidlər daimi bizim qəlbimizdə yaşayacaqlar. Şəhidlər bizim and yerimiz və qürur yerimizdir.

Şəhidlərimizin ruhu qarşısında baş əyirəm.

Vaqif Mehemmed Oglu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button