Cəmiyyət

Şuşada “NexGen: Sosial İnnovasiyalar Forumu” keçirilir

Şuşa şəhərində “NexGen: Sosial İnnovasiyalar Forumu” təşkil olunub.

“Report”un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, forum “Şuşa – İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramı çərçivəsində təşkil olunub.

“NexGen: Sosial İnnovasiyalar Forumu”na dövlət rəsmiləri, İƏT Gənclər Forumu, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nümayəndə heyətləri, müxtəlif qurumların, təşkilatların rəhbər nümayəndələri və 36 ölkədən 150-dən çox gənc qatılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button