GündəmMədəniyyətXəbərlər

“Əllərdə sehr” – Bərdədə yaradıcılığın və milli dəyərlərin təntənəsi

Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon nümayəndəliyi və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 10.04.2026-cı il tarixində “Əllərdə sehr” adlı sərgi-satış yarmarkası təşkil edilib.Sərgi-satış yarmarkasında mədəniyyət müəssisələrinin əməkdaşlarının və fərdi yaradıcılıqla məşğul olan insanların əl işləri, milli dəyərlərimizi əks etdirən sənət nümunələri nümayiş olunub.Sərgidə təqdim edilən hər bir əl işi zəhmətin, yaradıcılığın və milli ruhun təcəssümüdür. Bu cür tədbirlər yerli sənətkarlığın inkişafına, yaradıcı şəxslərin tanıdılmasına və milli irsimizin qorunmasına xidmət edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button