Hadisə

Ələt-Astara yolunda ağır qəza: Ölən və yaralanan var – YENİLƏNİB + VİDEO

16.12.2023-cü il tarixində saat 10:18 radələrində Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisində baş vermiş avtoqəza ilə əlaqədar xəsarət alan 1995-ci il təvəllüdlü və 1965-ci il təvəllüdlü 2 nəfər (kişi) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına təcili yardım vasitəsilə daxil olub. 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, yaralılara travmatik amputasiya, başın təpə nahiyəsi və sol gicgah nahiyəsinin irihəcmli kəsilmiş, cırılmış yarası diaqnozları təyin edilib.

Xəsarət alanlardan biri dərhal Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, vətəndaş vəfat edib.

Digər vətəndaşa zəruri tibbi yardım göstərilib vəziyyəti stabil olaraq qiymətləndirilir.

15:14

Ələt-Astara avtomobil yolunda baş vermiş qəzanın detalları məlum olub.

Oxu.Az xəbər verir ki, qəza yük avtomobillərinin bir-birinə çırpılması nəticəsində baş verib.

Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Qəza nəticəsində ölən şəxs 1995-ci il təvəllüdlü Vüqar Əsgərlidir. Xəsarət alan şəxs isə Tofiq Salahlıdır.

12:40

Ələt-Astara yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Videodan görünür ki, hadisə nəticəsində iki yük avtomobili toqquşub. TIR-lara ciddi ziyan dəyməklə bərabər onların yükləri yolun hərəkət hissəsinə dağılıb və digər avtomobillər üçün maneəyə səbəb olub.

Hadisənin görüntülərini təqdim edirik:

https://baku.tv/embed/112698

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button