Hadisə

Elektrik dirəyi aşdı, “Azərişıq”ın işçisi yıxılıb öldü

Tərtərdə “Azərişıq”ın əməkdaşı bədbəxt hadisənin qurbanı olub.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Bəyimsarov kəndində qeydə alınıb. Famil Kamal oğlu Əliyev elektrik dirəyində iş görərkən dirək aşıb. Yıxılaraq müxtəlif xəsarətlər alan F. Əliyev xəstəxanada ölüb.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button