GündəmXəbərlər

El-qızımız Günay Ağamalı Ana Vətən Partiyasının sədri seçildi.

Ana Vətən Partiyasının keçirilən qurultayı partiyanın siyasi tarixində mühüm mərhələ kimi yadda qaldı. Qurultayın qərarı ilə Günay Ağamalı Ana Vətən Partiyasının sədri seçildi. Bu seçim partiya üzvlərinin və nümayəndələrin ona olan yüksək etimadının, eyni zamanda gənc, dinamik və müasir düşüncəyə malik siyasi baxışlara verdiyi önəmin bariz nümunəsidir.Günay Ağamalı uzun illər ərzində partiya daxilində fəal fəaliyyəti, prinsipial mövqeyi və təşkilatçılıq bacarığı ilə seçilmiş, Ana Vətən Partiyasının ideya və dəyərlərinin cəmiyyətə çatdırılmasında mühüm rol oynamışdır. Onun sədr seçilməsi partiyanın yenilənmə, inkişaf və daha geniş ictimai dayaqlara söykənən yeni mərhələyə qədəm qoyduğunu göstərir.Əminliklə demək olar ki, Günay Ağamalının rəhbərliyi altında Ana Vətən Partiyası ölkənin ictimai-siyasi həyatında daha fəal mövqe tutacaq, milli maraqlara əsaslanan prinsipial xəttini ardıcıl şəkildə davam etdirəcəkdir. Bu seçim partiya daxilində birliyin möhkəmlənməsinə, region təşkilatlarının daha effektiv fəaliyyət göstərməsinə də güclü stimul verəcək.Günay Ağamalını Ana Vətən Partiyasının sədri seçilməsi münasibətilə səmimi-qəlbdən təbrik edir, bu məsuliyyətli və şərəfli vəzifədə ona uğurlar, möhkəm iradə və davamlı nailiyyətlər arzulayırıq.

Hörmətlə, Vaqif Mehemmed Oglu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button