Xəbərlər
Ekvadorda güclü partlayış: Ölən və yaralananlar var

Ekvadorun Quayakil şəhərindəki “Mall del Sol” ticarət mərkəzinin qarşısında güclü partlayış baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “La Republica” nəşri məlumat verib.
Məlumata görə, hadisə nəticəsində 3 nəfər yaralanıb, onlardan biri dünyasını dəyişib. Xəsarət alanlardan ikisi taksi sürücüsüdür.
Partlayış nəticəsində ticarət mərkəzinin fasadına və park edilmiş avtomobillərə, eləcə də yaxınlıqdakı içərində ofislərin olduğu binalara ziyan dəyib. Hadisə yerinə mütəxəssislər və polis gəlib, ətraf mühasirəyə alınıb.
Partlayışa maşınlardan birinin altına yerləşdirilmiş partlayıcı qurğunun səbəb olduğu güman edilir, lakin hüquq-mühafizə orqanları hələlik bu ehtimalı 100 faizlik təsdiqləyə bilmir.
