Xəbərlər

Bərdə rayon rəhbərinin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbriki

Hörmətli xanımlar! Sizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və həyatınızın bütün sahələrində yeni-yeni uğurlar arzulayıram.Azərbaycan qadını hər zaman yüksək mənəviyyatı, mərhəməti, müdrikliyi və fədakarlığı ilə seçilmiş, cəmiyyətimizin inkişafında mühüm rol oynamışdır. Tariximizin bütün mərhələlərində qadınlarımız həm ailənin dayağı, həm də milli-mənəvi dəyərlərimizin qoruyucusu olmuşdur. Bu gün də Azərbaycan qadınları ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak edir, öz zəhmətləri və əməkləri ilə dövlətimizin inkişafına dəyərli töhfələr verirlər.Xüsusilə vurğulamaq istərdim ki, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin anaları, həyat yoldaşları və bacıları xalqımız üçün böyük qürur mənbəyidir. Onların göstərdiyi dözüm, səbir və vətənə bağlılıq hər birimiz üçün nümunədir. Şəhid analarına və bütün qazilərimizin ailələrinə dərin ehtiramımı bildirirəm.Bərdə rayonunun ictimai həyatında da qadınlarımızın rolu danılmazdır. Rayonumuzda çalışan xanımlar təhsil, səhiyyə, mədəniyyət, sosial və digər sahələrdə böyük məsuliyyət və sədaqətlə fəaliyyət göstərir, gənc nəslin sağlam və vətənpərvər ruhda yetişməsində mühüm xidmətlər göstərirlər.Əziz və dəyərli xanımlar!Siz ailənin istiliyi, cəmiyyətin mənəvi dayağı, həyatın gözəlliyi və zərifliyisiniz. Sizin sevginiz, qayğınız və fədakarlığınız sayəsində cəmiyyətimiz daha güclü və daha möhkəm olur.Bu əlamətdar gün münasibətilə bir daha hər birinizi ürəkdən təbrik edir, sizə möhkəm sağlamlıq, uzun ömür, ailələrinizə sevinc, süfrələrinizə bərəkət arzulayıram.

Hörmətlə,Vidadi İsayev Bərdə Rayon İcra Hakimiyyətinin başçısı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button