Gündəm

Dövlətə sədaqət ənənəsi ilə tanınan Eyyubovlar

Eyibovlar dövləti və dövlətçiliyi hər zaman uca tutan, bu dəyərlərə sarsılmaz sədaqəti ilə seçilən bir nəsildir. Elimizin dəyərli ağsaqqalı Bəylər Eyibov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sədaqətlə xidmət etmiş, Eyibovlar nəsli isə Prezident cənab İlham Əliyevin hər zaman yanında olaraq dövlətçilik yolunda canını qurban vermiş qəhrəman övladları ilə tanınmışdır.Bu gün söhbət aldığımız, əslən Vedi rayonundan olan el-oğlumuz Robert İslam oğlu Eyyubov 1978-ci il martın 22-də Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Vedi rayonunun Şirazlı kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1995–2000-ci illərdə Milli Aviasiya Akademiyasında diaqnostika ixtisası üzrə təhsil alıb. Qeyd edək ki, bu ixtisas hərbi xidmətə bərabər tutulan sahələrdən biridir.Robert Eyyubov 2001–2019-cu illərdə “Azərbaycan Hava Yolları” QSC-də (AZAL) müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ildən etibarən “Silk Way” şirkətində prezidentin müşaviri vəzifəsində fəaliyyət göstərib. 02 fevral 2022-ci ildə isə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti seçilib.Robert Eyyubov gənc yaşlarından idmana böyük maraq göstərib. 1996–1998-ci illərdə kikboksinq və uşu-sanda idman növləri üzrə Azərbaycan millisinin üzvü kimi ölkəmizi Asiya və Avropa yarışlarında ləyaqətlə təmsil edib.El-oğlumuz Robert Eyyubov təkcə peşəkar fəaliyyəti ilə deyil, eyni zamanda insanlığı, sadəliyi və xeyirxahlığı ilə də tanınır. O, daim ehtiyac sahiblərinə yardım edən, xalqın içindən çıxmış, böyüyə hörmət, kiçiyə qayğı göstərən, hər kəsin rəğbətini qazanan bir şəxsdir. El arasında adı daim hörmətlə çəkilən Robert Eyyubov mərdliyi, səxavəti və səmimiyyəti ilə həqiqi el oğlu nümunəsidir. Belə oğullar elin dayağı, Vətənin ümid yeridir.Eyyubov nəsli tarixən Azərbaycan dövlətinə, milli maraqlara və dövlətçilik dəyərlərinə sarsılmaz sədaqəti ilə seçilən, bu yolu həyat amalına çevirən nümunəvi nəsillərdəndir. Bu soyun nümayəndələri hər zaman Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttə bağlılıq nümayiş etdirmiş, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlətçilik siyasətini ürəkdən dəstəkləmişlər. Vətənə xidmət, dövlətə sədaqət və xalqa bağlılıq Eyyubovlar nəslinin əsas mənəvi sütunlarıdır. Belə köklü, ləyaqətli və vətənpərvər nəsillər Azərbaycan dövlətinin gücü və sabahının etibarlı təminatıdır.

Hörmətlə,Vaqif Məhəmməd Oğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button