Dövlət və hökumət rəsmiləri ümummilli lider Heydər Əliyevin xatirəsini yad edirlər

Dekabrın 12-də paytaxt sakinləri, dövlət və özəl qurumların, ictimai-siyasi təşkilatların nümayəndələri ilə yanaşı, Dövlət Gömrük Komitəsinin kollektivi də Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət edib.
Oxu.Az xəbər verir ki, gömrükçülər ümummilli liderin xatirəsini ehtiramla yad edib, məzarı önünə çiçəklər düzüblər.
Heydər Əliyevin anım günü ilə əlaqədar AFFA, eləcə də Qida Təhlükəsizliyi Agentliyinin və tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutunun kollektivi də Fəxri xiyabanı ziyarət edib, ulu öndərin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib.












Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla anıblar.
Oxu.Az xəbər verir ki, daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi də Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirərək məzarı önünə əklil və gül dəstələri qoyublar.









Dekabrın 12-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
Oxu.Az xəbər verir ki, Dövlət Komitəsinin kollektivi müasir müstəqil Azərbaycanın banisi və qurucusu ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiram hissi ilə yad edib, məzarı önünə gül düzüb.
Medianın İnkişafı Agentliyi, Audiovizual Şura üzvləri, eləcə də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA ) İdarə Heyəti və struktur bölmələrinin rəhbərləri,TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov, icraçı direktorun müavinləri və müşavirləri, eləcə də struktur bölmə rəhbərlərinin, tabeli tibb müəssisələrinin direktorlarının iştirakı ilə də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.










Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar dövlət və hökumət rəsmilərinin Fəxri xiyabanı ziyarəti davam edir.
Oxu.Az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov, gənclər və idman naziri Fərid Qayıbov, Ali Məhkəmənin sədri İnam Kərimov ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, onun xatirəsinə dərin ehtiramlarını bildiriblər.



Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ümummilli liderin Fəxri xiyabanda məzarını ziyarət edib.
Oxu.Az xəbər verir ki, ulu öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev və Xidmətin şəxsi heyəti ümummilli liderin əziz xatirəsini dərin ehtiramla anıblar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

İqtisadiyyat Nazirliyinin kollektivi Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib.
Oxu.Az xəbər verir ki, kollektiv ümummilli liderin abidəsi önünə gül dəstələri qoyub və xatirəsini ehtiramla anıb.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı önünə güllər düzülüb.



Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir Azərbaycanın banisi və xilaskarı, ümummilli lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və xidmətin əməkdaşları Fəxri xiyabanda ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Oxu.Az xəbər verir ki, onlar dahi şəxsiyyət Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarları üzərinə gül dəstələri qoyublar.




Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar dövlət və hökumət rəsmilərinin Fəxri xiyabanı ziyarəti davam edir.
Oxu.Az xəbər verir ki, maliyyə naziri Sahil Babayev, SOCAR prezidenti Rövşən Nəcəf, Mərkəzi Bankın sədri Taleh Kazımov, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, eləcə də rəhbərlik etdikləri qurumların əməkdaşları, həmçinin şeyxülislam Allahşükür Paşazadə və dini konfessiyaların rəhbərləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, onun xatirəsinə dərin ehtiramlarını bildiriblər.





Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar dövlət və hökumət rəsmilərinin Fəxri xiyabanı ziyarəti başlayıb.
Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin şəxsi heyəti Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla anıb.







Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ziyarət başlayıb.
Oxu.Az bildirir ki, dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyur, müasir müstəqil Azərbaycanın banisi və qurucusu ulu öndərin xatirəsinə dərin ehtiramlarını bildirirlər.
Onların arasında Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, müdafiə naziri general-polkovnik Zakir Həsənov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, əmək və əhalinin sosial müdafiəsi nazir Anar Əliyev, səhiyyə naziri Teymur Musayev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, respublikanın baş prokuroru Kamran Əliyev və rəhbəri olduqları qurumların əməkdaşları da olub.















Həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov və qurumun aparatının, həmçinin Bakı qarnizonunda yerləşən struktur bölmələrin bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.