Cəmiyyət

Şəhid oğlu direktor təyin edildi

2016-cı ildən etibarən Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinə başçılıq edən Məhəmməd Şərifov tutduğu postdan uzaqlaşdırılıb. Direktor səlahiyyətlərinin icrası isə müvəqqəti olaraq Elvin Səmədova həvalə edilib.

Musavat.com Bizim.Media-ya istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Məlumata əsasən, yeni təyinat alan Elvin Səmədov uzun müddətdir sözügedən müəssisədə direktor müavini kimi fəaliyyət göstərirdi.

O, Birinci Qarabağ müharibəsində şəhid olmuş Rafiq Səmədovun övladıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button