Cəmiyyət

DİN “TikTok”da yayılan gənc qızın videosuna REAKSİYA VERİB

“TikTok” sosial platformasının Azərbaycan seqmentində üz-gözü qan içində olan gənc qızın görüntüləri yayılıb.

Musavat.com xəbər verir ki, sözügedən video izləyicilərin sərt reaksiyasına səbəb olub.

Videoda gənc qızın ağlaması öz əksini tapır. Görüntülərin harada və kimlər tərəfindən lentə alındığı məlum deyil.

Hadisə barədə Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlanıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı BAKU.WS-ə açıqlamasında bildirib ki, görüntülərlə bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button