Deputat Milli Məclisdə göyərçindən danışır, əlbəttə ki, bu biabırçılıqdır, bunlar dövlətin sütunu olan Milli Məclisi nə hesab edirlər?

Deputat Milli Məclisdə çıxışında qeyd edib ki, “təklif edirəm göyərçinlərə yem verənlər cərimələnsin”! Nə dərəcədə doğurudur ki? Deputat Milli Məclisdə göyərçindən danışır, əlbəttə ki, bu biabırçılıqdır, bunlar dövlətin sütunu olan Milli Məclisi nə hesab edirlər? Hörmətli deputat, siz Milli Məclisin deputatısınız!Siz şoubiznes əhli deyilsiniz ki, deyək ki, gündəmə gəlmək üçün belə çıxış etmisiniz. Çox maraqlıdır.Hörmətli Sahib Əliyev, çox yaxşı olardı ki, Milli Məclisdə göyərçin əvəzinə bizim gələcəyimiz olan, körpələrdən danışardınız, uşaq pulunun bərpası üçün təklif irəli sürsəydiniz?! Vətəndaşları bu kimi narahat edən məsələləri irəli sürsəydiniz alqışa layiq olardı.Eyni zamanda siz də Qərbi Azərbaycanlısınız və elə bir Qərbi Azərbaycanlı olaraq Milli Məclisdə təklif irəli sürərdiniz, Qərbi Azərbaycan xəritəsi məkdəblərin dəhlizindən asılsın. Şagirdlərimiz Qərbi Azərbaycan torpaqlarının bizim əzəli yurdumuz olduğunu bilsin və mahallarımızı tanısın. Bu kimi təkliflər irəli sürsəydiniz alqışa layiq olardı. Quşlara,göyərçinlərə qaldıqda isə biz müsəlman dövlətiyik və eyni zamanda müstəqil dövlətik, göyərçinlərə yem vermək də öz insafımızadır.
İctimai fəal: Vaqif Məhəmməd oğlu.
