Cəmiyyət

Milli Məclisin deputatı Xanlar Fətiyev Tərtər rayonunun Hüsənli kəndində vətəndaşları qəbul edib

Milli Məclisin deputatı Xanlar Fətiyev deputat seçildiyi 98 saylı Bərdə-Tərtər seçki dairəsi üzrə Tərtər rayonunun Hüsənli kəndində vətəndaş qəbulu keçirib.

Qəbulda Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov da iştirak edib.

Vətəndaşlarla fərdi qaydada keçirilən görüşdə sakinlər tərəfindən əsasən işlə təmin olunma, maddi yardım, kəndin elektrik xətlərinin kabelləşdirilməsi, suvarma suyu ilə təminat, körpələr evi-uşaq bağçasının təmir olunmasına köməklik və digər şəxsi məsələlər barədə müraciətlər edilib. Müraciətlərin bir qismi yerində həll olunub, millət vəkilinin səlahiyyətlərinə aid olmayan məsələlər isə tədbirlərin görülməsi məqsədilə nəzarətə götürülüb.

Qəbula gələnlər onların müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edərək ölkədə, o cümlədən Tərtər rayonunda həyata keçirilən müxtəlif sosial layihələrə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button