
Qerbiazerbaycanaz.tv media xəbər verir ki, Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.Sonra torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Mərkəzin fond muhafizi Hüseyn Hüseynov açaraq, 20 yanvar şəhidlərinin igidliyi və onların vətənə sevgisinin hər zaman qəlblərimizdə yasayacağını vurğulayıb.Çıxış edən digər natiqlər – Günel Zamanlı , Qürbət Nəsibov, Fəridə Həsənova vətənimizin azadlığı uğrunda canlarından keçən qəhrəmanlarımızın bizə bəxş etdiyi azadlıqdan,qanları ilə yazdıqları tarixin gələcək nəsillərə örnək olacağından danışıblar.Onların xatirəsinin daimi hörmət və ehtiramla yad ediləcəyini bildiriblər.Sonda günün mövzusuna uyğun videoçarx tədbir iştirakçılarına təqdim olunub.










