Cənubi Qafqazda yeni reallıq – sülh imzası ilə yazılan tarix!

Vaşinqtonda imzalanan iki mühüm sənəd Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Sazişi və Azərbaycan-Ermənistan arasında sülh sazişinin paraflanması Prezident İlham Əliyevin qətiyyətli siyasətinin növbəti diplomatik zəfəridir.
Azərbaycan artıq təkcə savaş meydanında deyil, sülh və strateji əməkdaşlıq masasında da qalibdir!
Bu sənədlər regionda sabitlik, inkişaf və ədalətin əsasını qoyur.
9avqust 2025-ci il tarixində Vaşinqtonda, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişəyə son qoyan tarixi sülh sazişi imzalandı. Bu mühüm hadisə, regionda sabitlik və əməkdaşlıq üçün yeni bir dövrün başlanğıcıdır.
Sazişin əsas məqamlarından biri, ABŞ-ın dəstəyi ilə həyata keçiriləcək “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlandırılan nəqliyyat dəhlizinin yaradılmasıdır. Bu dəhliz, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birbaşa əlaqəsini təmin edəcək və regionda iqtisadi inkişaf üçün geniş imkanlar açacaq.
Prezident İlham Əliyev bu sazişi Azərbaycanın diplomatik uğuru kimi qiymətləndirərək, ölkəmizin sülh və sabitlik naminə atdığı addımların beynəlxalq səviyyədə tanındığını vurğuladı. O, həmçinin Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasının sülh prosesinin tam həyata keçirilməsi üçün vacib olduğunu qeyd etdi.
Azərbaycan bu prosesdə bir daha sübut etdi ki, sülhün qurucusu olmaq — zəiflik deyil, əksinə, gücün, iradənin və strateji düşüncənin təcəssümüdür. Bu, yalnız hərbi yox, həm də siyasi cəsarət tələb edən, gələcəyə hesablanmış ali bir missiyadır.
