
Qerbiazerbaycanaz.tv media xəbər verir ki, Bərdə rayonunda fəaliyyət göstərən Qarabağ əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin rayon şöbəsinin sədri Etibar Hüseynova və məktəb bağça müdirləri şəhidimiz Hüseyzadə Elməddinin anası Arzu Ananı ziyarət ediblər.Ziyarət zamanı Arzu Ana səmimi qarşılanıb, ona uzun ömür, səbir və sağlamlıq dilənib. Etibar Hüseynova və qonaqlar şəhidin xatirəsinə hörmətlərini ifadə edərək, onun qəhrəmanlığının hər zaman yad ediləcəyini vurğulayıblar. Görüş zamanı şəhid ailələrinin yanında olmağın həm insanlıq borcu, həm də vətəndaşlıq məsuliyyəti olduğu qeyd edilib. Ziyarət, həmçinin şəhid ailələrinə diqqət və qayğının artırılması, onların sosial və mənəvi dəstək alması baxımından da önəmli hesab edilib.



