İdman
“Çelsi”nin eks-futbolçusu: “Mövsümün ən yaxşı oyunçusu Abramoviçin yaxtasında istirahət edirdi”

“İngiltərə Premyer Liqasında “Çelsi”nin heyətində mövsümün ən yaxşı oyunçuları klubun prezidenti Roman Abramoviçin yaxtasında istirahət etmək hüququ qazanırdı”.
Oxu.Az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bunu “Çelsi”nin yarımmüdafiəçisi Co Koul deyib.
Onun sözlərinə görə, Con Terri və Frenk Lempard bu imkandan istifadə ediblər:
“2008-ci ildə mən ilin oyunçusu oldum, lakin yaxtada istirahət edə bilmədim. Futbolçuların yaxtanın başına nə oyun açdıqlarını bilmirəm, amma siyasət dəyişdi. Bəlkə onlar xalçanı və ya başqa bir şeyi korlayıblar”.
Xatırladaq ki, Abramoviç 2003-2022-ci illərdə “Çelsi”nin sahibi olub.