Hadisə

İmişlidə qəzaya səbəb olan sürücünün 17 yaşı varmış

Dünən İmişlidə YPX avtomobilinin qarşısına çıxan “Mercedes” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin sürücülük hüququ olmayıb.

Avtomobili 2008-ci il təvəllüdlü Bəylər Bayramov idarə edib. Həmin maşın yeniyetmənin dayısına məxsus olub.

Qeyd edək ki, DİN-in məlumatına görə, xidmətə gedən YPX avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan iki nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır. (Trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button