İqtisadiyyat

Azərbaycanda benzin və dizelin istehsalı artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2459.4 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.9% artıb.

Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə neft məhsullarının istehsalında ağ neft istehsalı 10.2%, neft bitumu istehsalı 3.3%, avtomobil benzininin istehsalı 2.1% artıb, mazut istehsalı isə 75% azalıb.

Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar:

Məhsul növləri2024-cü ilin yanvar-iyun aylarında istehsal edilmişdirƏvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə01.07.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı
Avtomobil benzini, min ton715.3102.126.0
Ağ neft, min ton312.2110.246.0
Qazoyllar (dizel yanacağı), min ton1157.8100.398.7
Mazut, min ton1.025.01.0
Sürtkü yağları, min ton32.8104.86.5
Maye qazlar, min ton93.776.71.9
Neft koksu, neft bitumu və neft məhsullarının digər qrupları, min ton548.5103.350.6
ondan:
neft bitumu, min ton115.0103.37.2
neft koksu, min ton111.188.537.8

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button