Bunu da etdilər – Timsahlarla dolu çay Avstraliya Olimpiadasında yarışmaq üçün yararlı hesab edilib

Avstraliyada 2032-ci il Brisben Olimpiya və Paralimpiya Oyunları üçün idman obyektlərinin təkmilləşdirilməsi və tikintisinə cavabdeh olan milli qurum timsahlarla dolu olan Fitzroy çayını kanoe yarışlarının keçirilməsinə uyğun hesab edib.
“İki sahil” xəbər verir ki, bu barədə “The Australian” nəşri məlumat yayıb.
Avstraliya Federal Parlamentinin Qvinslend ştatı üzrə üzvü Mett Kanavan bildirib ki, çayda yarış keçirilməsi üçün heç bir maneə yoxdur: “Əslində, bizdə 2032-ci ildə avarçəkmə üçün yaşıl işıq yanıb. Bütün məlumatlar toplanıb və artıq burada yarışların keçirilməsinə heç bir maneə yoxdur”.
Mütəxəssislər də çayın Beynəlxalq Avarçəkmə Federasiyasının tələblərinə tam uyğun olduğunu bəyan ediblər. Kvinslend ştatının baş naziri David Krisafulli vəd edib ki, regional hakimiyyətlər timsahlarının çayın istilasına qarşı mübarizə aparacaq və təhlükəni aradan qaldıracaq.