İdman

Olimpiya çempionlarımız Şəhidlər xiyabanını ziyarət ediblər

Olimpiya çempionlarımız Zelim Kotsoyev və Hidayət Heydərov Şəhidlər xiyabanını ziyarət ediblər.

Oxu.Az xəbər verir ki, Hidayət Heydərov və Zelim Kotsoyev şəhidlər xiyabanını ziyarət edib onların əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.

Qeyd edək ki, Hidayət Heydərov və Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bütün rəqiblərini üstələyərək qızıl medalın sahibi olublar.

https://t.me/oxuaze/101856?embed=1&userpic=true

13:06

Olimpiya çempionlarımız Hidayət Heydərov və Zelim Kotsoyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Oxu.Az xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edən və qızıl medalın sahibi olan cüdoçularımız Vətənə qayıtdıqdan sonra həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarını ziyarət ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button