Cəmiyyət

Əziz həmvətənlər!

8 Noyabr – Zəfər Günü münasibətilə xalqımızı, igid əsgərlərimizi, qazilərimizi, şəhid ailələrini və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. Bu möhtəşəm gün xalqımızın qəhrəmanlıq salnaməsinin ən şanlı səhifələrindən biridir.

Bu Zəfər bizim milli birliyimizin, dövlət-xalq həmrəyliyinin, Vətən sevgisinin və xalqımızın sarsılmaz iradəsinin təntənəsidir. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun igidliyi sayəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi. 2020-ci ilin 8 noyabrında isə Şuşanın azad edilməsi ilə xalqımız illərlə həsrət qaldığı qürur və sevinc hissini yaşadı.Bu gün biz həmin tarixi qələbənin beşinci ildönümünü böyük fəxarət hissi ilə qeyd edirik. Zəfər Günü təkcə hərbi qələbə deyil, həm də milli dirçəlişin, xalqımızın birliyinin və dövlətimizin qüdrətinin rəmzidir.Biz bu şanlı tarixi yazan şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, qazilərimizə dərin ehtiramımızı bildiririk. Onların göstərdiyi igidlik, fədakarlıq və Vətənə sədaqət hər birimizin qəlbində əbədi yaşayacaq.
Bərdə rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi olaraq biz çalışırıq ki, bu Zəfər ruhunu gələcək nəsillərə ötürək. Uşaqlarımız və gənclərimiz Azərbaycanın qəhrəmanlıq tarixini, şəhidlərimizin döyüş yolunu və müstəqilliyimizin dəyərini dərindən dərk etməli, Vətən sevgisini həyatlarının mənasına çevirməlidirlər.
Bu Zəfər bizə həm güc, həm məsuliyyət verir. Gələcəyin təməlində duran gənclərin vətənpərvər, savadlı, dövlətinə sadiq yetişməsi hər birimizin borcudur.Uca Tanrıdan torpaqlarımızın bütövlüyünü, xalqımızın rifahını, dövlətimizin əbədi yüksəlişini diləyirəm. Zəfərimiz əbədi bayrağımız daim ucalarda dalğalansın.

Zəfər Günü mübarək, Azərbaycan! 🇦🇿

Hörmətlə,
Aynurə Əyyubova
Bərdə rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru.

Qerbiazerbaycanaz.tv media xəbər verir ki, bu gün Bərdədə keçirilən Zəfər Bayramı tədbirində nümayiş olunan “Zəfər sərgisi”nin təşkilatçılarından biri Bərdə rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Aynurə Əyyubova olub.Sərgi şagirdlərin əl işləri və rəsmlərindən ibarət olub və qəhrəman şəhidlərimizin xatirəsinə ehtiram, eləcə də Vətənə olan sevginin təzahürü kimi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.Aynurə xanıma uğurlar arzulayır, fəaliyyətində yeni-yeni nailiyyətlər diləyirik!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button