Xəbərlər

Bu ilin 3-cü rübündə Azərbaycanın qeyri-neft ixracının dəyəri 31 faizdən çox olub

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2,47 milyard dollar təşkil edib.AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, bu, 2023-cü ilin analoji dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.Cari ilin III rübündə ölkənin qeyri-neft ixracının dəyəri ötən ilin eyni rübü ilə müqayisədə 31,5 faiz artaraq 869,02 milyon dollara çatıb. Təkcə sentyabr ayında isə qeyri-neft ixracı illik müqayisədə 27,4 faiz artaraq 285,21 milyon dollara bərabər olub.Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 9,8 faiz artaraq rekord 3,48 milyard dollar təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button