Bu gün Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci Vitse-Prezidenti kimi fəaliyyətə başlamasından 7 il ötür.

Birinci Vitse-Prezdentin ötən 7 ildə göstərdiyi uğurlu fəaliyyət, gördüyü işlər çoxşaxəli və əvəzolunmazdır.
Qeyd edək ki, cənab Prezident İlham Əliyevin 2017-ci ilin fevralın 21-də imzaladığı sərəncamla Mehriban xanım Əliyeva Azərbaycanın birinci Vitse-Prezidenti təyin edilib. Ölkəmizin hərtərəfli inkişaf və yeniləşmə yolunda qazandığı tarixi nailiyyətlərdə heç şübhəsiz ki, Azərbaycan Respublikasının birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüskar fəaliyyətinin, əzmkar mübarizəsinin və humanistliyinin də böyük rolu var. Mehriban xanım hələ birinci Vitse-Prezdent təyin olunmazdan öncə də Heydər Əliyev fondunun prezidenti və Azərbaycanın birinci xanımı kimi ictimai, siyasi və mədəni sahədəki fəaliyyətini ölkə ictimaiyyəti yüksək qiymətləndirib.
Müasir dövrümüzün tarix səhifəsində xeyirxahlıq, nəcib əməllər sahibi kimi imza atan Mehriban xanım Əliyeva bəşəriyyətin Azərbaycan xalqına misilsiz və əvəzolunmaz bir hədiyyəsidir. Böyük Nəsimidən kökdən, soydan qaynaqlanan mərhəmətlik missiyası Mehriban xanım Əliyevanın böyük ömür yolunun həyat amalının ali görüntüsüdür. Azərbaycanda, eləcədə dünyada yüksək ehtiram sahibi olan ölkəmizin Birinci xanımı Mehriban xanım Əliyeva bəşər tarixinin şanlı səhifəsinə öz dəstixətti ilə daxil olaraq görkəmli şəxsiyyətlər səhifəsindədir. Hörmətli Mehriban xanıma sizə Azərbaycan Dövlətçiliyi naminə böyük uğurlar arzulayıram.
Vaqif Mehemmed Oglu
