Dünya

Filippində daşqınlar 19 nəfərin ölümünə səbəb oldu

Filippində leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində azı 19 nəfər ölüb, 11 nəfər isə itkin düşüb.

Oxu.Az Filippin KİV-ə istinadla xəbər verir ki, təbii fəlakət 70-ə yaxın yerli və beynəlxalq reysin ləğv edilməsinə gətirib çıxarıb.

Onminlərlə insan daşqınlardan zərər çəkmiş ərazilərdən təxliyə edilib.

Təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button