Bu fikirləri Kamal Cəfərov yox, məni parlamentdə təmsil edən Fatma Yıldırım,Bərdəni təmsil edən Xanlar Fətiyev ifadə etsəydi belə cavab verməzdim.

Çünki hər zaman cəmiyyətə nümunə çəkdiyim yeni nəslin nümayəndəsi kimi Parlamentdə nümunə göstərdiyim birini istəmirəm, cəmiyyət elə başa düşsün ki,mənim fikrim onunla eynidir .Bununla yanaşı mən birini dəstəkləyən zaman yanılmıram fikrini də,həmçinin ağlımda turaraq Kamal bəyin bu fikirlərini bəyənmədiyimi də vurğulayıram:
Bəzən müxtəlif dairələr, o cümlədən deputat bəyəndiyim,hörmət etdiyim Kamal Cəfərov, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 1918-ci ildə İrəvanın Ermənistana verilməsi ilə bağlı qəbul etdiyi qərarı, xüsusilə də Məhəmməd Əmin Rəsulzadənin bu prosesdəki rolunu birbaşa “torpaq verilməsi”, “erməni dövlətinə dəstək” və ya “xəyanət” kimi təqdim etməyə çalışırlar. Bu cəhdlər tarixi reallığın kontekstdən çıxarılması və siyasi məqsədlər naminə təhrifidir.Qısa bir araşdırma aparaq agah olarıq.
1918-ci ilin 29 mayında qəbul olunan qərar, Azərbaycan Milli Şurasının 28 üzvündən 16-nın səs çoxluğu ilə qəbul olunub. Yəni bu, nə Rəsulzadənin şəxsi əmri, nə də hansısa fərdi güzəşt deyildi,nə də ki, Rəsulzadənin diktə etdiyi qərar deyildi Onu bu qərara görə “xəyanətkar” elan etmək,bütün AXC qurucularına ittihamdır.Tarixi mənbələrdə,qeyd olunur ki,
İrəvan şəhəri 1918-ci ilin əvvəllərindən etibarən artıq de-fakto ermənilərin əlində idi.Şəhərdə əhali 80 % qədər onlardan təşkil olunurdu.Idarəetmə və silahlı birləşmələr də həmçinin.
Bu kontekstdə AXC rəhbərliyi, xüsusilə də Fətəli Xan Xoyski və Rəsulzadə,Osmanlı imperiyası ilə bərabər Qafqazda müvəqqəti sabitlik üçün Irəvanı siyasi mərkəz kimi güzəştə getməyə məcbur olmuşdular. Bu,ərazi yox,siyasi güzəşt idi. Bu qərarın qarşılığında Azərbaycanın müstəqilliyi dolayı yolla Osmanlı tərəfindən tanındı.Kamal bəy iddia edir ki,Rəsulzadə və silahdaşları erməni dövlətinin yaradılmasına dəstək veriblər.Ermənistan adlı subyekt onsuz da müstəqilliyini elan etmişdi.AXC bu vəziyyəti tanımaqla faktiki siyasi durumu öz lehinə geri çəkmişdi.
Bu qərar Milli Məclisdə qınanılsın fikri isə İrəvan 1918-ci ildən sonra de-fakto və de-yure Ermənistanın paytaxtıdır.BMT tərəfindən tanınan sərhədlər çərçivəsində bu məsələ bağlanmışdır.Milli Məclisin 2025-ci ildə qəbul edəcəyi hər hansı bir “qınama qərarı” yalnız daxili siyasi manipulyasiya kimi təqdim oluna bilət.Hətta, bu cür addımlar Ermənistan tərəfinə və onun havadarlarına “Azərbaycan ərazi iddiası irəli sürür” bəhanəsi verə bilər və əks təbliğata çevrilə bilər.
P.S M.Ə. Rəsulzadənin fəaliyyətinə ideoloji deyil,tarixi və real şərtlərlə yanaşmaq lazımdır.Azərbaycan dövlətinin tanınması,Türk-İslam dünyası ilə münasibətlərin qorunması,bölgədə mümkün qədər sülhün təmin olunması və.s
O, İrəvanı verməklə dövlətçiliyi qurtarmağı üstün tutdu. Bugünkü müstəqil Azərbaycan bəli güzəştin nəticəsidir.Ancaq bu xəyanət olaraq qəbul oluna bilməz.
Tarixdə siyasi liderlər ideal şərtlərlə deyil,qeyri-mümkün seçimlər arasında qərar vermək məcburiyyətində qalırlar. Rəsulzadənin bu qərarı da belə idi. İrəvan məsələsini bu gün siyasi məsuliyyətə çevirmək ən azı ədalətsizlikdir. Əslində, bu tarixi anı anlamağa çalışmaq,milli liderlərə qarşı ədalətli mövqe tutmaq və gələcəyə sağlam baxmaq vacibdir.

P.S.S Kamal Cəfərov,ola bilər ki,bu yazını indiki işbilməz AXCP-Müsavat blokunun əleyhinə fikir olaraq formalaşdırır.Ancaq Rəsulzadə,Elçibəy deyil.AXC qurucuları isə AXCP-Müsavat cütlüyündə olan 90-cı illərdən millətimizin başına bəla olan pafoslu millətçilərdən deyil.Onlar sekulyar insanlar idi və yoxdan bizim üçün nə isə var etdilər.

İctimai fəal: Teymur Ağasoy.