Dünya

BMT baş katibi Yaponiyaya səfər edəcək

BMT baş katibi Antoniu Quterreş Yaponiyaya səfər edəcək.

“Report”un ABŞ bürosu xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik jurnalistlərə açıqlamasında bildirib.

O, baş katib 20-22 avqustda Yaponiyada keçiriləcək Afrikanın İnkişafına dair Tokio Beynəlxalq Konfransında iştirak edəcək və BMT-nin də nümayiş olunduğu dünya sərgisinə baş çəkəcək.

Səfər çərçivəsində A.Quterreş Yaponiyanın Baş naziri Şigeru İşiba ilə görüşəcək, həmçinin ölkənin keçmiş paytaxtı Kiotoya səfər edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button