
Bu gün – 15 mart 2026-ci il tarixində Bərdə rayonunda yasayan 22.03.2025-ci il tarixində qar uçqunu nəticəsində şəhidlik zirvəsinə ucalan Hənidov Rüstəm Ruslan oğlunun ailəsini “Bir Yumruq Bərdə Qazileri” olaraq ziyarət etdik. Ziyarət zamanı şəhidimizin doğma evində olduq, onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdik.Şəhidimizin müqəddəs xatirəsi qarşısında baş əyərək ruhuna dualar oxuduq. Eyni zamanda şəhidimizin anası ilə səmimi görüş keçirildi, onun dərdi və kədəri bölüşüldü. Bu görüş bir daha göstərdi ki, Vətən uğrunda canını fəda edən igidlərimizin ailələri hər zaman xalqımızın və dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalıdır.Şəhidimiz Rüstəm Ruslan oğlu Hənidov Vətənə, torpağa və millətə olan sonsuz sevgisinin ən ali nümunəsini göstərərək qəhrəmanlıq yolu ilə əbədiyyətə qovuşmuşdur. Onun adı və xatirəsi daim xalqımızın qəlbində yaşayacaq, gələcək nəsillərə vətənpərvərlik nümunəsi kimi ötürüləcəkdir.Şəhid ailələri bizim üçün müqəddəsdir. Bu səbəbdən onların ziyarəti, qayğı və diqqətlə əhatə olunması hər bir vətəndaşın mənəvi borcudur. Bu gün şəhidimizin evində oxunan dualar, edilən söhbətlər və bölüşülən xatirələr bir daha göstərdi ki, şəhidlər unudulmur, unudulmayacaq.Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Şəhidimizin ailəsinə səbir və dözüm arzulayırıq. Vətən uğrunda canını fəda edən igidlərimizin xatirəsi hər zaman qəlbimizdə yaşayacaq. 🇦🇿🕊️


