İqtisadiyyat

Azərbaycanda ən baha və ən ucuz kreditlər hansı regionlarda verilir? – SİYAHI

Bu ilin noyabrın 1-nə Bakı iqtisadi rayonuna banklar tərəfindən kredit qoyuluşları 20 milyard 808 milyon 505 min manat təşkil edib.

Bu barədə Musavat.com Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesabat dövründə banklar tərəfindən verilən ən ucuz kreditlər Bakı iqtisadi rayonunda qeydə alınıb.

Belə ki, Bakı şəhərində verilən ümumi kreditlərin orta faiz dərəcəsi 11,68% təşkil edib. Burada milli valyutada verilən kreditlərin orta faiz dərəcəsi 13,36%, sərbəst dönərli valyutada isə 5,43% olub.

Bu dövrdə ən bahalı kreditlər Dağlıq Şirvan iqtisadi rayonunda verilib. Bu regiona banklar tərəfindən kredit qoyuluşu 182 milyon 130 min manat təşkil edib. Verilən ümumi kreditlərin orta faiz dərəcəsi 19,21% təşkil edib. Burada milli valyutada verilən kreditlərin orta faiz dərəcəsi 19,24%, sərbəst dönərli valyutada isə 7,52% olub.

Qeyd edək ki, noyabrın 1-nə banklar tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 27 milyard 80 milyon 522 min manat təşkil edib.

Regionlar üzrə kredit qoyuluşları və orta faiz dərəcələrini təqdim edirik: 

Regionların adıÜmumi kreditlər (min manat)Orta % dərəcəsiMilli valyutada olan kreditlərMilli valyutada kreditlərin orta % dərəcəsiSərvəst dönərli valyutada olan kreditlər (SDV) (min manat)Sərvəst dönərli valyutada olan kreditləRin orta % dərəcəsi
Bakı iqtisadi rayonu20,808,50511.68%16,407,45013.36%4,401,0555.43%
Naxçıvan iqtisadi rayonu416,56114.39%416,28014.40%2815.78%
Abşeron-Xızı iqtisadi rayonu1,011,64016.00%965,39316.46%46,2476.51%
Dağlıq Şirvan iqtisadi rayonu182,13019.21%181,68519.24%4457.52%
Gəncə-Daşkəsən iqtisadi rayonu802,99917.08%786,20017.34%16,7995.09%
Qarabağ iqtisadi rayonu480,55418.89%479,73318.91%8217.88%
Qazax-Tovuz iqtisadi rayonu509,09418.44%501,05618.65%8,0375.69%
Quba-Xaçmaz iqtisadi rayonu454,17217.30%441,66917.60%12,5046.40%
Lənkəran-Astara iqtisadi rayonu628,67419.01%627,10619.04%1,5687.42%
Mərkəzi Aran iqtisadi rayonu536,53218.65%531,60018.76%4,9326.31%
Mil-Muğan iqtisadi rayonu288,47018.83%288,46518.83%515.01%
Şəki-Zaqatala iqtisadi rayonu533,88716.57%455,37918.29%78,5086.56%
Şərqi Zəngəzur iqtisadi rayonu
Şirvan-Salyan iqtisadi rayonu427,30518.73%411,30819.23%15,9976.06%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button