
Bərdə torpağının yetirməsi, gənc siyasətçi Teymur Ağasoy hazırda Türkiyə Respublikasında səfərdədir. Səfər çərçivəsində o, İstanbul şəhərində yerləşən və Azərbaycan mühacirət tarixinin mühüm simvolu olan Feriköy (Pere Köy) qəbiristanlığını ziyarət edib.Qeyd edək ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə, SOCAR-ın dəstəyi ilə Feriköy qəbiristanlığında xüsusi xatirə abidəsi ucaldılıb. Burada 1920-ci ildə bolşevik işğalından sonra mühacir həyatı yaşamağa məcbur olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tanınmış şəxsiyyətləri dəfn edilib. Abidədə 13 nəfər Azərbaycan mühacirinin adı əbədiləşdirilib ki, bu da milli yaddaşın və istiqlal mübarizəsinin əhəmiyyətli simvoludur.Teymur Ağasoyun bu tarixi ziyarəti Azərbaycan mühacirət irsinə və milli tarixə hörmətin bariz nümunəsidir. Belə səfərlər gənc nəslin tarixi yaddaşının qorunması və milli kimliyin möhkəmləndirilməsi baxımından xüsusi önəm daşıyır.Xatırladaq ki, Teymur Ağasoy Bərdə torpağının yetirməsidir. Bərdə isə tarix boyu “imamlar yurdu, müqəddəs ocaq” kimi tanınıb, mərd və vətənpərvər oğullar yetişdirən bir diyardır. Bu torpağın yetirdiyi övladlar hər zaman dövlətçiliyə və milli dəyərlərə sadiqliyi ilə seçilib. Bu gün də Bərdə gəncləri, harada olmasından asılı olmayaraq, ürəyi Azərbaycanla döyünür, düşüncəsi dövlətçiliklə yaşayır.Ulu öndər Heydər Əliyev dəfələrlə vurğulamışdır:“Tarixini bilməyən xalq gələcəyini qura bilməz.”“Keçmişini unudan millət öz köklərini itirər.”“Milli yaddaş xalqın mənəvi sərvətidir.”Bu fikirlər milli kimliyin və tarixi yaddaşın qorunmasının əhəmiyyətini bir daha təsdiqləyir.